Çin hökuməti Starlink analoqunu istifadəyə verəcək

Çin hökuməti Starlink analoqunu istifadəyə verəcək

Texnologiya
03.03.2023 PAYLAŞIM

    Görünür, Elon Musk-ın peyk interneti layihəsi olan Starlink təkcə Amazon-un keçmiş CEO-su Jeff Bezosu deyil, həmçinin Çin hökumətini də narahat edir. Reuters saytının verdiyi məlumata əsasən artıq bu il Starlink layihəsinin Çin analoqu istifadəyə verilməlidir. Məlumatda qeyd edilib ki, Çinin istifadəyə verəcəyi peyk interneti layihəsi internet şəbəkəsini Yer kürəsinin aşağı orbitindən paylayacaq. Məlumatda qeyd edilib ki, Çinin hərbi-sənaye kompleksi bu ilin sonuna kimi Yer kürəsinin ən aşağı orbitində çalışmaq üçün nəzərdə tutulmuş peyklərin ilk partiyasını işə salacaq. Bu cür peyklərin istehsalı ucuz başa gəlir və daha yüksək orbitlərdə yerləşən peyklər ilə müqayisədə onlar məlumatların ötürülməsini daha effektiv şəkildə reallaşdırırlar. Məlumatda qeyd edilib ki, artıq bu ilin sentyabr ayında China Aerospace Science and Industry Corp (CASIC) adlı dövlət aerokosmik şirkəti aşağı orbitdə çalışmaq üçün nəzərdə tutulmuş peykləri işə salacaq. İstifadəyə veriləcək peyklərin sayı bilinmir. Lakin məlumdur ki, onlar Yer kürəsi səthindən 150-300 km hündürlükdə yerləşəcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×