
Çin nəhəngi 'Tencent': 'Dünyada yalnız 300.000 süni zəka mütəxəssisi var. Lakin milyonlarla mütəxəssis lazımdır'
Elm & Texnologiya
07.12.2017
Çinin internet nəhəngi “Tencent” süni zəka alqoritmlərinin yaradılması üzrə ixtisaslaşmış peşəkarların çatışmazlığı səbəbilə İT şirkətlərin şikayətlərini təsdiq edən hesabatı təqdim edib.
Bu barədə Verge satı xəbər verib.
Çinin texnoloji nəhəngi “Tencent” öz hesabatında bildirib ki, bütün dünya üzrə
yalnız 300.000 süni zəka mütəxəssisi var. Bununla yanaşı yaxın zamanda bu
bazara milyonlarla mütəxəssis lazım olacaq. Bütün dünya üzrə olan İT şirkətlər
isə süni zəka mütəxəssislərinin tapılmasının qəlizliyi baxımından şikayət edirlər.
Bu cür tələbat yüksək maaşın olmasına gətirib çıxardır. Bu sahə üzrə iki illik iş təcrübəsi olan şəxslər ildə 300.000-500.000$, yüksək dərəcədə ixtisaslaşmış şəxslər
isə milyonlarla dollar maaş ala bilərlər.
Azad şəkildə fəaliyyət göstərən süni
zəka layihələrindən birinin New York Times-a verdiyi məlumata əsasən qəliz süni
zəka ilə çalışa biləcək insanların sayı bütün dünya üzrə 10.000-dir. Bunun əsas
səbəbi süni zəka sahəsində təhsil problemidir. 300.000 süni zəka mütəxəssislərindən
200.000-i artıq çalışır. Yerdə qalan 100.000 insan isə hələki təhsil alır.
Bununla yanaşı süni zəka üzrə kurslar son illərdə inanılmaz məşhurluq
qazanıblar.
Lakin təhsili yekunlaşdırandan sonra yalnız bir sıra şəxslər bu
işin öhdəsindən lazımınca gələ bilirlər. Kadr çatışmazlığına baxmayaraq sənaye
təkcə inkişaf etmir, həmdə dövlətlər arasındakı rəqabətə gətirib çıxardır. “Tencent”
bu sahədə əsas oyunçular kimi ABŞ, Çin, Yaponiya və İngiltərəni qeyd edib. Bu
siyahıya həmçinin sözügedən sahədə rolunun böyüməsinə davam edən Kanadanı da
daxil ediblər. Belə ki, orda bu sahə üzrə təhsil səviyyəsi daha yaxşıdır və
süni zəka startaplarına üstünlük verilir. Qeyd etmək lazımdır ki, 2600 süni zəka
şirkətindən 1000-i ABŞ-dadır. Onlardan 600-ü isə Çindədir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...