main-post-cover

    Çin özünün milli rəqəmsal valyutasını istifadəyə verəcək

    Elm & Texnologiya
    12.08.2019
    Farid Pardashunas
        Çinin milli bankı bildirib ki, o, ilk milli rəqəmsal valyutanın istifadəyə verilməsinə hazırdır. Məlumatda qeyd olunub ki, onun üzərində 5 il ərzində iş gedib və onun strukturu hal hazırda varolan kriptovalyutaların strukturlarından daha qəlizdir. Bu barədə TheBlok saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən bu rəqəmsal valyuta iki səviyyəli ayrılmaya əsaslanacaq. Ən üstdə Çinin milli bankı, ən aşağıda isə diggər kommersiya bankları dayanacaqlar.
        Həmin sistemdə isə blockchaindən istifadə olunmayacaq. Belə ki, sözügedən rəqəmsal valyuta pərakəndə ticarət üçün çox aşağı səviyyəli gücə sahibdir. Bu üsulla dövlət ölkə iqtisadiyyatını stabilləşdirməyi və xarici texnologiyalardan asılılığını azaltmaq istəyir. Bundan əlavə olaraq Çin bu rəqəmsal valyuta ilə spekulyasiyalar problemini həll edəcək.
        Belə ki, spekulyasiyalar zamanı istifadəçilər kriptovalyutaları almaq üçün adi valyutaları satırlar. Məlumatda qeyd edilib ki, rəqəmsal valyutanı işə salmaq üçün bir neçə məsələni həll etmək lazımdır: Ənənəvi maliyyə strukturlarının effektivliklərini artırmaq və milli kriptovalutanın digər ölkələrdə nizamlanma prinsiplərini təyin etmək. Həmin vaxta kimi isə Çinin milli kriptovalyutasının işə salınması tarixi məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər