main-post-cover

    Çində dünyanın ilk genetik təkmilləşdirilmiş uşaqlarını yaratdılar (VİDEO)

    Elm & Texnologiya
    26.11.2018
    Farid Pardashunas
        Çinli tədqiqatçılar insan embrionlarının genetik dəyişilməsi üçün CRISPR texnologiyasından istifadə ediblər. Nəticədə Lulu Nana kod adlarına sahib iki sağlam əkiz uşaq dünyaya gəlib. Alimlərin əsas məqsədi isə QİÇS xəstəliyinə yoluxmayan yeni növ insanların yaradılması olub. Bu təcrübə alim Jiankui He-nin rəhbərliyi altında aparılıb.
        Onun sözlərinə əsasən sözügedən təcrübədə uşaqlara sahib olamayan 7 cütlük iştirak edib. Onlardan yalnız birində süni mayalanmanı reallaşdırmaq mümkün olub. Alimlər QİÇS xəstəliyindən əziyyət çəkən şəxsin köməyi ilə mayalanmış yumurtalığı götürərək onu təkmilləşdirib və onda olan CCR5 genini deaktiv ediblər. Qeyd etmək lazımdır ki, məhz bu gen sayəsində insan QİÇS xətəliyinə yoluxur.

        Veilən məlumata əsasən təcrübədə iştirak etmiş hər bir erkək cinsli şəxs antivirus terapiyasından keçib. Beləliklə nəticədə uşaqlara QİÇS xəstəliyinin keçmə ehtimalı minimuma endirilib. Təcrübənin uğurla keçməsinin yeganə sübutu alimin təqdim etdiyi videodur. O, həmin videoda sözügedən təcrübə barəsində danışıb. Hal hazırda dünyaya gəlmiş əkiz uşaqlarının valideynlərinin əsl adları açıqlanmır. Bundan əlavə olaraq təcrübənin istənilən testləri və nəticələri də sirr olaraq saxlanılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər