Logo
    main-post-cover

    Çində elektriklə çalışan insana bənzər robot təqdim edilib

    Elm & Texnologiya
    01.05.2024
    Farid
         Pekində insana bənzər Tiangong adlı unikal robot təqdim olunub. Bu robot saatda 6 km sürətlə qaça bilən və tamamilə elektrik enerjisi ilə çalışan ilk robotdur. Tiangong adlı bu robot robototexnika sahəsində fəaliyyət göstərən Pekin İnnovasiyalar Mərkəzi tərəfindən hazırlanıb. Robotun boyu 163 sm, çəkisi isə 43 kq təşkil edir. Öz sadə dizaynı hesabına robot stabil şəkildə qaça bilir. Robot ətraf mühitin vizual təsvirinin formalaşdırılması üçün nəzərdə tutulmuş sensorlara və onun ətraf mühitdə daha effektiv istiqamətlənməsinə hədəflənmiş 3D video sensorlara sahibdir.
         Tiangong insana bənzər robotların hərəkətlərinin öyrənilməsi mövzusunda yeni üsuldan istifadə edir. Bu üsul “State Memory-based Predictive Reinforcement Imitation Learning” adlanır. Bu üsul robotun təbii qaçış imkanında əsas rol oynayıb. Mühəndislər bildiriblər robot açıq mənbə koduna sahibdir. Bu isə öz növbəsində onun müxtəlif sahələrdə tətbiqi potensialını artırır. Tiangong pilləkənlər və düz olmayan səthlərdə naviqasiyanın öhdəsindən gələrək dəyişən şərtlərə adaptasiya bacarığını sərgiləyib. Robotun qaçma özəlliyinə sahib olması onun müxtəlif sahələrdə tətbiqi üçün qapıları taybatay açır. Buna misal olaraq axtarış-xilasetmə əməliyyatlarını və ya istehsalat sənayesini gətirmək olar.
    Paylaş