
Çində ICO-ya qadağa qoyuldu. Yığılmış bütün vəsaitlərin qaytarılması tələb olunur
Elm & Texnologiya
04.09.2017
Çinin Mərkəzi Bankı, ICO prosesi üçün qeyri-leqal statusu təyin etdi və bu proses sayəsində yığılmış bütün vəsaitlərin investorlara qaytarılmasını tələb etdi.
Çinin Milli Bankının qərarına əsasən ICO sahəsində olan
bütün aktiv əməliyyatlar dayandırılmalıdır. Bundan sonra olacaq ICO təşkilatçıları
isə cəzalandırılacaq. Bundan əlavə olaraq tokenlərin, dövlət valyutasına dəyişilməsinə
və bankların, ICO təşkilatçıları ilə əməkdaşlıq etmələrinə də qadağa qoyulub.
ICO-nu bitirmiş şəxslər və ya layihələr, bütün yığılmış vəsaitləri, investorlara
geri qaytarmalıdırlar. Vəsaitlərin geri qaytarılması prosesi barəsində Mərkəzi
Bankın saytında heç bir məlumat yoxdur. Çin mütəxəssislərinin məlumatlarına əsasən
Çində 65 layihə, ICO keçirdib və ümumilikdə 398 milyon dollar vəsait yığıb.
Bütün dünya üzrə isə ICO vasitəsilə 1.6 milyard dollar vəsait cəlb olunub. Çindən
başqa hələki heç bir ölkədə ICO-ya qadağa qoyulmayıb. Qeyd etmək lazımdır ki,
Çin bankının bu qərarının fonunda bir sıra kriptovalyutaların qiymətləri aşağı
düşdü.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...