main-post-cover

    Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

    Elm & Texnologiya
    24.09.2021
    Emil Nəcəfov
        Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu elan edib. Görünür, bu bəyanat Çinin kriptovalyutalar ilə ciddi şəkildə mübarizə planından xəbər verir. Çin Xalq Bankının rəsmi saytında qeyd edilmiş məlumata əsasən bitcoin tether kimi kriptovalyutalar ənənəvi valyutalar deyillər və onlar bazar dövriyyəsində iştirak edə bilməzlər. Nəticədə kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar və yerli rezidentlərə offşor kriptobirjaları təqdim edən xidmətlər qanunsuz maliyyə fəaliyyəti kimi dəyərləndirilir. Digər bir versiyaya əsasən bu cür bəyanat Çin hökumətinin kriptovalyuta maynerlərinə reaksiyasını əks etdirir.
        Belə ki, yerli maynerlər kriptovalyuta biznesində qalmaq üçün mayninq işini davam etdirmiş ola bilərlər. Nəticədə riskli aktivlərin satışına başlanılıb. Bundan əlavə olaraq Pekin bildirib ki, ölkədə kriptovalyuta mayninqi praktikasının aradan qaldırılması təcili xarakter daşıyır. Müvafiq tədbirlərin qəbul edilməsi CO2 ifrazının qarşısını almaq üçün qoyulmuş məqsədlərin əldə olunması yolunda vacib faktordur. Bugün səhər bitcoinin qiyməti 45.000$ təşkil edirdi. Lakin Çin Xalq Bankının bəyanatından 1 saat sonra bitcoin öz qiymətində 3000$ itirib. Bitcoinin ardınca digər rəqəmsal valyutaların qiymətlərində də enmə müşahidə edilib. Məsələn ethereumun qiyməti 7%, cardano binance coinin qiymətləri 6% düşüblər. 
    Linki kopyala