main-post-cover

    Çində narkotik asılılıqdan VR texnologiya vasitəsilə müalicə etməyə başlayıblar

    Elm & Texnologiya
    12.08.2017
    Farid Pardashunas

    Çinli alimlər, narkomaniyanın müalicəsində virtual reallıq texnologiyalarından istifadədə böyük uğurlar əldə ediblər.

    Belə ki, virtual reallıq, metamfetamin qəbul etmişmiş 98.1% narkomanların müalicəsində effektiv vasitə olub. Həmçinin bu texnologiya, narkotikdən ağır asılı olan 67.3% insanların müalicəsində də pozitiv nəticələr sərgiləyib. Bu barədə qənaətbəxş nəticələrin olduğu 1008 təcrübə keçirilib. Sözügedən layihənin rəhbəri Wan Yongguang-ın sözlərinə görə VR, xəstələrin asılılıq səviyyəsini qiymətləndirə və narkotiklərdən asılılıq barədə videolar vasitəsilə onlara yardımçı ola bilir. Təcrübə ərzində narkotik asılılığından əziyyət çəkən insanlar 6 VR seansdan keçiblər. Onlar xüsusi VR eynəkləri taxır, xüsusi cihaz isə onların ürək döyüntülərini izləyirdi. Seans zamanı həmin şəxslərə narkotik istifadəsi və narkotikin fəsadları barəsində sənədli filmlər nümayiş olunub. Videonun sonunda isə onlara isti ev səhnəsini təqdim ediblər. Bu onun üçün edilib ki, həmin şəxslər bu səhnədən motivasiya alaraq narkomaniyadan qurtulandan sonra öz ailələrinə qayıtsınlar. Beləliklə VR texnologiyası, narkomaniyadan qurtulmaq üçün daha mütəmadi şəkildə istifadə olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər