
Çində qiyməti 2446 dollar olan yeni Gionee M2017 telefonu satışa çıxarıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Çində dizaynı, qiyməti və xüsusiyyətləri ilə diqqət çəkəcək yeni telefon satışa çıxarılacaq. Telefonun istehsalçısı isə mərkəzi Çində yerləşən Gionee şirkətidir.
Ağıllı telefon istehsalçısı Gionee, 7000
mAh batareya və dizaynı ilə diqqət çəkən M2017 modelini tanıtmağa hazırlaşır.
Gionee M2017 telefonunun xüsusiyyətləri
Xüsusi formada dizayn olunmuş yeni M2017
modeli bir sıra xüsusiyyətləri ilə diqqət çəkir. Belə ki, Gionee M2017
telefonunun Snapdragon 653 prosessora, 6GB RAM, 128GB və 256GB daxili yaddaşa
sahib olması haqda məlumat mövcuddur. Telefonun 5.7 inç, 2560 x 1440 keyfiyyətli
ekrana sahib olması gözlənilir.
Gionee M2017 model adlı telefonun arxa hissəsində
12MP və 13MP keyfiyyətli iki kamera yer alarkən, bunlardan biri iPhone 7 Plus
modelində olduğu kimi 2x optic yaxınlaşma edə bilir. Telefonunu ön hissəsində
isə 8MP kamera yer almaqdadır.
155.2 x 77.6 x 10.78 mm ölçülərə, 238 qram
çəkiyə, USB Type-C girişə, barmaq izi sensora da sahib olan telefonun diqqət çəkən
bir digər xüsusiyyəti onun 7000mAh batareyaya malik olmasıdır.
6 yanvar 2017 tarixindən etibarən satışa
çıxacaq olan Gionee M2017-nin 128GB-a malik modelinin qiyməti 1010 dollar,
256GB-lıq modelinin isə 2446 dollara satışa çıxarılacağı bildirilir. İkinci
modelin arxa korpusu (keysi) timsah dərisi ilə təchiz olunub.
Paylaş
Bənzər xəbərlər