main-post-cover

    Çində süni zəka həkiminə sahib 4000 ədəd qapalı terminal quraşdırılacaq

    Elm & Texnologiya
    20.11.2018
    Farid Pardashunas
        Yaxın illər ərzində Çində süni zəka həkiminə sahib 4000 ədəd qapalı terminal quraşdırılacaq. Neyron şəbəkəsi bu cür qapalı terminallarda insanların səhhətləri ilə bağlı şikayətlərə qulaq asacaq, daha sonra əldə olunmuş məlumatları real insan həkiminə ötürəcək və onunla birlikdə xəstəliyin diaqnozunu təyin edəcək. Xəstəxana formatında çalışacaq qapalı terminalların quraşdırılması ilə Çinin ən böyük telekommunikasiya xidmətlərini təqdim edən şirkəti Ping An Good Doctor məşğul olacaq.
        Sözügedən qapalı terminallar səsin boğulması funksiyasına sahib olacaqlar. Beləliklə qapalı terminala daxil olacaq şəxs kənar insanların onu eşitmələrindən qorxmayaraq öz səhhəti ilə bağlı şikayətlərini süni zəkaya bildirə biləcək. İstifadəçi, yaşadığı simptomları yazılı və ya nitqi formada süni zəkaya bildirəndən sonra sistem əldə olunmuş məlumatları həkim operatora yönləndirəcək. Diaqnozun təyin olunması 1 dəqiqədən 1 saata kimi vaxt aparacaq.
        Diaqnozun təyin olunmasından sonra istifadəçi qapalı terminalın daxilində quraşdırılacaq xüsusi dərman aparatından lazımi dərmanları ala biləcək. Bu cür konsultasiyanın qiyməti və ümumilikdə sözügedən layihəyə hansı miqdarda investisiyaların yatırılması barədə heç bir məlumat verilmir. Lakin məlumata əsasən bu layihə üçün nəzərdə tutulmuş süni zəka sistemi real həkimlərin tərtib etdikləri 300.000 xəstəlik tarixçəsi əsasında özünü təkmilləşdirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər