main-post-cover

    Çində tamamilə robotlardan ibarət olacaq polis məntəqəsi istifadəyə veriləcək

    Elm & Texnologiya
    13.11.2017
    Farid Pardashunas
    Çin höküməti yerli İT nəhəng olan “Tencent” şirkəti ilə birlikdə ölkənin ən böyük şəhərlərindən birində tamamilə robotlardan ibarət olacaq polis məntəqəsini istifadəyə verməyə hazırlaşır.
    Elektron kömıəkçilər cinayət işlərinin üstünü açmayacaqlar. Onlar kağız işləri və elektron sənədlər kimi rutin tapşırıqları yerinə yetirəcəklər. Bu barədə The Next Web saytı xəbər verib. Beləliklə yeni polis məntəqəsi məlumatları qəbul edərək onları pasport şəklində emal edəcək, testlər keçirdəcək və insanlara sürücü vəsiqələri verəcək.
    Ziyarətçilər Face ID texnologiyası vasitəsilə identifikasiya olunacaqlar. Polis məntəqəsi isə 7 gün və 24 saat müddətində insanların xidmətində olacaq. Bu layihənin əsas məqsədi dövlət xidmətlərinin işini yüngülləşdirməyə və bu cür dövlət orqanlarında insan növbələrini azaltmağa yönəlib. Əgər hər şey uğurlu alınsa, hökümət bu cür polis məntəqələrini ölkənin bütün yerlərində istifadəyə verəcək. İlk robotlaşdırılmış polis məntəqəsinin nə zaman istifadəyə veriləcəyi isə hələki bilinmir.
    Bir tərəfdən uzun növbələrdə gözləməyərək hansısa vacib sənədi və ya sürücülük vəsiqəsini almaq yaxşı fikirdir. Digər tərəfdən isə insan əməyinin avtomatlaşdırılması və onun yaxşı alqitm ilə əvəz edilməsi məsələsi qorxudur. Belə bir halda nə vaxtsa nəyinsə yolunda getməyəcəyi şansı var və belə olduğu halda bizi robotlar haqqında olan məşhur film ssenariləri gözləyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər