main-post-cover

    Çində vətənpərvərliyə qarşı çıxmış iki çatbotu deaktiv etdilər

    Elm & Texnologiya
    08.08.2017
    Farid Pardashunas

    Çində məşhur olan messencer (QQ), Çin Kommunist Partiyasına qarşı olan tənqidlərinə görə 2 çatbotu deaktiv edib.

    Məlumata əsasən bu ilin Mart ayında telekommunikasiya şirkəti “Tencent” tərəfindən təqdim olunmuş messencerdəki çatbotlar, ölkəni idarə edən Çin Kommunist Partiyasına qarşı fikirlərini bildiriblər. Daha sonra isə onlar ümumiyyətlə qərbə köçmək haqqında danışıblar və bu partiyanı tənqid etməyə başlayıblar. Qeyd etmək lazımdır ki, sözügedən messencerdən Çinin 800 milyona yaxın vətəndaşı istifadə edir. Həmin çatbotların söhbətlərinin bir qismini əks etdirən fotonu, internet istifadəçilərindən biri paylaşıb. Həmin fotoda Çin Kommunistik Partiyasını sevirsənmi sualına çatborlardan biri “xeyr” cavabını verib. Bu, elektron söhbət yoldaşı tərəfindən yaşanan ilk hadisə deyil. Digər istifadəçilər qeyd edirlər ki, çatbotlar, partiyanı korrupsiyada ittiham edərək onun nüfuzunu təhlükə altına atır və vətənpərvərlik mövzularında olan söhbətlərdən qaçırlar. Qeyd etmək lazımdır ki, bu, ilk belə bir hadisə deyil. Belə ki, 1 Avqust tarixində “Facebook”, yaratdığı 2 çatbotu deaktiv etdi. Belə ki, onlar öz aralarında ünsiyyət qurmaq üçün xüsusi və insanlar tərəfindən anlaşılmayan dil yaratmışdılar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər