Logo
    main-post-cover

    Çində Wikipedia tam olaraq bloklanıb

        Çindəki istifadəçilər Wikipedia-dan istifadə edə bilməyəcəklər. Məlumata əsasən informasiya resursu kimi fəaliyyət göstərən Wikipedia yerli hökumət tərəfindən bloklanıb. Bu barədə Macdigger saytı xəbər verib. Beləliklə Çində olan istifadəçilər Wikipedia-dan heç bir dildə isifadə edə bilməyəcəklər. Wikipedia-nın Çin regionunda bloklanmasına ilk öncə “Şəbəkə müdaxiləsinə açıq nəzarət” (OONI)-in təmsilçiləri fikir veriblər.
        “Aprel ayında Wikimedia Foundation aşkar etmişdi ki, Wikipedia resursu Çində işləmir. Bizim daxili trafiklər üzrə hesabatlarımızın analizindən sonra biz təsdiq edə bilərik ki, Wikipedia bütün dillərdə bloklanıb” - deyə OONI-nin mətbuat katibi bildirib. Məlumata əsasən bu cür resursların bloklanması Çin üçün heç də nadir hallardan deyil.
        Belə ki, daha öncə Çində Wikipedia-nın çin dili versiyası bloklanmışdı. Bu cür bloklanmalar digər informasiya portalları ilə də baş verir. Adətən bu cür bloklanmalar Çində baş vermiş hansısa hadisələrin ildönümləri ilə əlaqəli olur. Çində Wikipedia-nın tam bloklanmasını jurnalistlər 1989-cu ildə Pekinin Tyananmen meydanında baş vermiş tələbə protestlərinin yatırılmasının 30 illiyi ilə əlaqələndirirlər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Çində Wikipedia tam olaraq bloklanıb | Technote