main-post-cover

    Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olublar

    Elm & Texnologiya
    30.11.2021
    Farid Pardashunas
        2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa başladı. Kriptovalyuta mayninqini məhdudlaşdıran bir sıra qanunların qəbul edilməsindən sonra kriptovalyuta maynerlərinin əksəriyyəti digər ölkələrə köçməli oldular. Onların çoxu əsasən Qazaxıstana köçdü. Bu isə öz növbəsində Qazaxıstanda elektrik enerjisi kəsintilərinə gətirib çıxartdı. Bu ilin yay fəslindən maynerlər Qazaxıstana kriptovalyuta mayninqi üçün nəzərdə tutulmuş 90.000-ə yaxın müxtəlif növ qurğu daşıyıblar. Bunun əsas səbəbi isə Qazaxıstanda elektrik enerjisi qiymətinin aşağı olmasıdır. Belə ki, bu ölkədə 1 kilovatt saat elektrik enerjisinin qiyməti 0.045$ təşkil edir.
        Mütəxəssislərin məlumatlarına əsasən kriptovalyuta maynerlərinə görə ölkədə elektrik enerjisinə tələbat il ərzində 8% yüksəlib. Halbu ki, daha öncə bu göstəricinin 2% olacağı proqnozlaşdırılırdı. Qazaxıstanda elektrik enerjisinə yüklənmə artıq 1200 meqavatt təşkil edir. Qazaxıstan hökuməti mövcud vəziyyət ilə bağlı maynerləri günahlandırır. Qeydiyyatdan keçməmiş maynerlər hər kilovatt saat üçün 0.0023$ təzminat məbləği ödəməli olacaqlar. Bu qanun gələn ilin əvvəlindən qüvvəyə minəcək. Ölkədə mövcud olan elektrik enerjisi böhranı həmçinin qeydiyyatdan keçmiş şirkətlərə də təsir edəcək.
        Məlumata əsasən Qazaxıstanda kriptovalyuta mayninqi ilə məşğul olan 50 şirkət fəaliyyət göstərir. Həmin şirkətlərə elektrik enerjisi məhdud həcmdə veriləcək. Bundan əlavə olaraq elektrik enerjisində kəsintilərin olacaqları halda ilk olaraq elektrik şəbəkəsindən məhz həmin şirkətlər ayrılacaq. Qeyd etmək lazımdır ki, çinli maynerlərin Qazaxıstana miqrasiyalarından sonra bu ölkə bitcoin mayninqi üzrə dünyanın ikinci ən böyük ölkəsi olub. Birinci yeri ABŞ, üçüncü yeri isə Rusiya Federasiyası tutur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər