Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb (VİDEO)

Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb (VİDEO)

Texnologiya
02.03.2021 PAYLAŞIM

    Çinin BOE şirkəti hər iki istiqamətə qatlana bilən ekran yaradıb. Bu, BOE şirkətinin eksklüziv texnologiyasıdır və heç bir digər şirkət belə bir texnologiyanın analoquna sahib deyil. Bu cür texnologiyanın yaradılmasında şirkət əlavə matrisa laylarına sahib xüsusi konstruksiyadan istifadə edib. Həmin laylar ekranın qatlanması zamanı ola biləcək zədələnmələrin qarşısını alırlar.

    Şirkətin verdiyi məlumata əsasən yaradılmış yeni ekranın xidmət dövrü 200.000 qatlanmaya bərabərdir. Digər şirkətlərin texnologiyalarından fərqli olaraq BOE-nin yaratdığı ekran təkcə bir xətt üzrə 180 dərəcə deyil hər iki istiqamətə qatlana bilir. Yaxın zamanda şirkət sözügedən ekranın daha dəqiq testlərini keçirtmək üçün onun prototiplərini öz partnyorlarına göndərəcək. Qeyd etmək lazımdır ki, BOE elektronika məhsulları üçün ekran istehsalı ilə məşğul olan böyük şirkətlərin ilk üçlüyünə daxildir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Növbəti AirPods modelləri istifadəçinin identifikasiyası funksiyasını əldə edə b..

Apple şirkətinin yeni patentlərindən birində növbəti AirPods modellərində ola biləcək yeni funksiyal..


Alimlər: 'Bitcoini kvant kompüterlər vasitəsilə hack etmək mümkündür'

Böyük Britaniyanın Sasseks Unversitetinin alimləri yeni tədqiqatlarının nəticələrini təqdim ediblər...


Alimlər kvant kompüterləri üçün yeni proqramlaşdırma dilini yaradıblar

Massaçusets Texnologiya İnstitutunun alimləri Twist adlı yeni proqramlaşdırma dilini yaradıblar...


Alimlər atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradıblar..

Arizona Universitetinin alimi Klaus Lackner-in rəhbərliyi altında tədqiqatçılar xüsusi mexaniki ağac..


Saniyədə 16 terabayt həcmli məlumatların emalı: Meta şirkəti öz superkompüterini..

Meta şirkəti AI Research SuperCluster (RSC) adlı superkompüteri yaratdığını elan edib.


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..

×