main-post-cover

    Çinin Chang'e 4 adlı kosmik aparatı ilk dəfə olaraq Ayın qaranlıq tərəfinə eniş etdi

    Elm & Texnologiya
    03.01.2019
    Farid Pardashunas
        Çinin Chang’e 4 adlı kosmik aparatı Ayın qaranlıq tərəfinə eniş etmiş ilk kosmik aparat oldu. Sözügedən kosmik aparat 8 dekabr tarixində Siçan adlı kosmodromdan start götürmüşdü. 12 dekabr tarixində o, Aya çatmış, 30 dekabr tarixində isə lazımi orbitə çıxmışdı. Missiyanın startından 26 gün sonra kosmik aparat Ayın Eytken adlı kraterinin Cənub qütbü zonasında eniş etdi. Qeyd etmək lazımdır ki, bu kosmik missiya çərçivəsində Çin hökuməti heç bir konfrans keçirtməyib. Kosmik aparatın xüsusi konteynerində bir neçə bitkinin dənləri var. Alimlər Ay mühitində bağlı ekosistemin var olub-olmayacağını yoxlamaq istəyirlər. Bundan əlavə olaraq kosmik aparat eniş etdyi yerdən ilk fotonu da Yer kürəsinə göndərib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər