main-post-cover

    Çinin süni zəka həkimi dünyada ilk dəfə olaraq həkim lisenziyası aldı

    Elm & Texnologiya
    13.11.2017
    Farid Pardashunas
    Şençjen şəhərindən olan “iFlyTek” adlı şirkət keçən həftə bildirmişdi ki, onun süni zəka həkimi yerli imtahanları verərək həkim lisenziyası alıb.
    Bu barədə Scmp saytı xəbər verib. Qeyd etmək lazımdır ki, “iFlyTek” süni zəka layihələrinin aparıcı yaradıcılarından biridir. Faktiki olaraq şirkətin rəqəmsal həkimi “IBM” şirkətinin IBM Watson adlı superkompüteri ilə oxşardır. Süni zəka həkimi əsl həkimlərə operativ və düzgün diaqnozun təyin olunmasında yardımçı olmalıdır.
    “Biz Watson-u qabaqlamışıq. Bizim sistemimiz dünyada ilk dəfə lazımi imtahanları verib və insan ixtisası səviyyəsinə sahib olduğunu təsdiqləyib. “IBM”in sistemi isə ABŞ-da bu cür imtahanlar verməyib” – deyə şirkətin direktorlar şurasının sədri Liu Qingfeng bildirib.
    Qeyd etmək lazımdır ki, şirkıətin iFlyTek Smart Doctor Assistant adlı robotu sözügedən imtahan zamanı 456 xal yığmışdır. İmtahandan uğurla keçmək üçün isə 360 xal bəs edir. Bu cür nəticə çinliləri heyrətləndirib və indi onlar öz sistemləri ilə dünyanı fəth etməyi planlaşdırır. Qingfeng həmçinin bildirib ki, bu sistem özünü təhsil, hüquqşünaslıq və daha qlobal tibbi tətbiqlərdə yaxşı sərgiləyə bilər.
    “Həkimləri əvəz etmək əvəzinə süni zəka onlara, xəstələrə daha effektiv xidmət göstərməyə yardımçı olacaq. Süni zəka təkmilləşir. Yaxın zamanda o, həkimlərin əvəzedilməz yoldaşı olacaq. Bu əsasən daha aşağı müalicə səviyyəsinin olduğu uzaq yerlərdəki xəstəxanalarda baş verəcək” – deyə Liu Qingfeng bildirib.
    Fakt olaraq hələki bilinmir ki, "iFlyTek" həqiqətən də IBM Watson-u keçib yoxsa yox. Lakin çinlilər üçün onların süni zəka sistemlərinin amerikalıların yaratdıqları sistemlərdən öndə olması çox vacibdir. Bu ilin yay fəslində ölkə süni zəkanı özünün milli strategiyasının bir hissəsi olduğunu qeyd etdi. 2030-cu ilə kimi dövlət bu sahədə ABŞ-ı geridə qoymağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər