Çinin yeni texnologiyalara investisiyaları milyardlarla dollar təşkil edir

Çinin yeni texnologiyalara investisiyaları milyardlarla dollar təşkil edir

Texnologiya
19.09.2023 PAYLAŞIM

    Heç kim üçün sirr deyil ki, Çində texnologiyalar yüksək sürətlə inkişaf edirlər. Çin Milli Statistika Bürosunun yeni hesabatına əsasən bunun səbəblərindən biri tədqiqat və inkişaf işlərinə yatırılan külli miqdarda investisiyalar ola bilər. Statistikada qeyd edilib ki, 2022-ci ildə Çin hökumətinin tədqiqat və inkişaf işlərinə olmuş xərcləri ümumilikdə 418.2 milyard dollar təşkil edib. Bu isə 2021-ci ildəki göstəricidən 10.1% daha yüksəkdir. 2020-ci il ilə müqayisədə 2021-ci ildə bu göstərici 7.7% yüksəlmişdi.

    Bununla belə ölkə rəhbərliyi tərəfindən 14-cü 5 illik (2021-2025) plan yerinə yetirilir. Bu plana əsasən dövlətin tədqiqat və inkişaf sahəsinə investisiyaları hər il 7% yüksəlməlidir. Məlumata əsasən Çinin keçən il tədqiqat və inkişaf sahəsinə ümumi xərci ölkənin ümumi daxili məhsulunun 2.54%-ni təşkil edib. Bu isə 2021-ci ildəki göstəricidən 0.11% yüksəkdir. Eyni zamanda ölkənin ümumi investisiya vəsaitlərinin 84%-i yerli şirkətlərə təqdim edilib. Bu isə 2021-ci ildə dövlət tərəfindən yerli şirkətlərə ayrılmış vəsaitdən 4.6% daha çoxdur.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×