
Çinli qadının iPhone-nu 47.5 il müddətinə bloklandı
Elm & Texnologiya
07.03.2018
Çinin kütləvi informasiya vasitələri çinli bir qadının hekayəsi barəsində danışıblar.
Belə ki, həmin qadının oğlu
iPhone-nu blokdan çıxarmaq üçün şifrəni düzgün daxil etmədiyinə görə qadının
smartfonu 47.5 illik bloka düşüb. Məlumata əsasən hadisə bu ilin əvvəlində baş
verib. Həmin qadın öz iPhone smartfonunu oğluna verib ki, o, internet vasitəsilə
maarifləndirici videolara baxsın. Lakin o öz smartfonunu oğlundan
alandan sonra aşkar edib ki, oğlu tərəfindən çoxlu sayda düzgün olmayan şifrənin yığılması hesabına iPhone 25 milyon saat müddətinə (47.5 il) blok olunub.
Qeyd etmək
lazımdır ki, bu cür zaman cərimələri həqiqətən də mövcuddur. Əgər istifadəçi
iPhone-da lazımi şifrəni 5 dəfə düzgün yığmasa, onda smartfon ekranında
bildiriş əks olunur. Həmin bildirişdə şifrənin təkrarən düzgün daxil edilməsi
xahişi əks olunur. Əsas problem şifrəni 6-cı dəfə səhv daxil edəndən sonra
başlayır. Belə ki, bu zaman iPhone 1 dəqiqəlik avtomatik blok olunur. Bundan
sonra isə daxil edilmiş hər bir səhv şifrə sayəsində smartfon 5, 15, 60 dəqiqə
və s. vaxt intervalı üzrə blok müddətini artırır. Lakin vəziyyətdən çox sadə
çıxış yolu var. Sadəcə olaraq cihazın ayarlarını onun ilkin vəziyyətinə
qaytarmaq lazımdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...