Çinli texnobloggerlərdən biri Huawei Kirin 9000s prosessorunu incələyib (VİDEO)

Çinli texnobloggerlərdən biri Huawei Kirin 9000s prosessorunu incələyib (VİDEO)

Texnologiya
12.09.2023 PAYLAŞIM

    Geekerwan ləqəbli çinli texnoblogger Huawei Mate 60 smartfonlarında istifadə edilən Kirin 9000s prosessorunu analiz edərək onun strukturu barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Kirin 9000s prosessoru AnTuTu testlərindən keçən zaman qeyd edilmişdi ki, o, 12 nüvəyə sahibdir. Lakin texnoblogger bildirib ki, prosessor əslində 12 nüvəyə deyil, 8 nüvəyə sahibdir. Məlumatda qeyd edilib ki, sözügedən prosessorda nüvələr "1 + 3 + 4" sxemi üzrə yerləşirlər.

    Bununla belə bu sxemdəki ilk iki klaster Huawei şirkətinin Taishan adlı fərdi nüvələrini, üçüncü klaster isə ənənəvi Cortex-A510 nüvələrini əhatə edir. Prosessorun əsas böyük nüvəsi 2.62 GHz tezlikdə çalışır və onun performans səviyyəsi Cortex-A710 ilə Cortex-X1 nüvələrinin arasında yerləşir. İkinci klasterə daxil olan nüvələr 2.15 GHz tezlikdə çalışırlar və onlar Snapdragon 8 Gen 1-də istifadə edilən Cortex-A710 nüvəsindən geridə qalırlar.


    Kirin 9000s-in ümumi performans səviyyəsi Snapdragon 888-in performans səviyyəsi ilə eynidir. Kirin 9000s Geekbench 5 bençmarkının bir nüvəli testi çərçivəsində 1005 xal, çox nüvəli testi çərçivəsində isə 4019 xal toplayır. Enerji effektivliyi baxımından bu yeni prosessor Snapdragon 888 ilə Snapdragon 865-in arasında yerləşir. Prosessorun Maleoon-910 adlı qrafik çipi 750 MHz tezlikdə çalışır və özündə 4 ədəd nüvəni birləşdirir. Performans və enerji sərfiyyatı baxımından sözügedən qrafik çip Adreno 660 səviyyəsindədir.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×