main-post-cover

    Çinlilər Galaxy S10 Plus smartfonunun saxta versiyasını hazırladılar (VİDEO)

    Elm & Texnologiya
    03.12.2018
    Farid Pardashunas
        Samsung şirkətinin yeni Galaxy S seriyasının təqdmatı gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 sərgisində baş tutması gözlənilir. Yeni flaqman smartfon seriyasının heç dəqiq texniki göstəriciləri belə məlum deyil. Buna baxmayaraq çinlilər artq Galaxy S10-nun kopyasını yaradıblar. Bununla yanaşı onlar heç seriyanın baza versiyası olan Galaxy S10-nun deyil məhz S10 Plus modelinin kopyasını yaradıblar.

        Çinlilər tərəfindən yaradılmış Galaxy S10 Plus-ın arxa panelində 3 ədəd kamera yerləşir və onlar üfüqi şəkildə yerləşdiriliblər. Qeyd etmək lazımdır ki, bir sıra məlumat sızıntılarına əsasən əsl Galaxy S seriyasında da kameralar bu cür şəkildə yerləşdiriləcək. Lakin çinlilər tərəfindən yardılmış saxta Galaxy S10 Plus modelini səliqəli olmayan yazılar, Infinity-O formatında olmayan ekran və aşağı keyfiyyətli materialdan hazırlanmış smartfon gövdəsi ələ verir. Hazırlanmış bu saxta Galaxy S10 Plus-ın texniki göstəriciləri barsində isə məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər