Logo
    main-post-cover

    Çinlilər insanı 3000 metr hündürlüyə qaldıra biləcək hava skateboard-u hazırlayıblar

        South China Morning Post saytının verdiyi məumata əsasən Pekin Energetik Maşınqayırma Institutunun mütəxəssisləri SF-FB-30 adlı hava skateboard-unun prototipini hazırlayıblar. Sözügedən hava skateboard-u kompakt ölçülü 4 ədəd reaktiv mühərrik ilə təchiz olunub. İnstitut təmsilçiləri bildiriblər ki, bu hava skateboard-u şaquli qalxış və eniş sisteminə sahibdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, bu cihaz 100 kq ağırlığında olan insanı və ya yükü 3000 metr hündürlüyə qaldıra bilər. Bununla belə SF-FB-30 saatda 150 km sürət yığma potensialına sahibdir.
        O, havada 10 dəqiqə ərzində qala bilir. Maraqlısı ondadır ki, cihaz həmçinin avtonom idarəetmə sisteminə də sahibdir. Yəni faktiki olaraq SF-FB-30 reaktiv mühərriklərə sahib drondur. Süni zəka əsaslı idarəetmə sistemi sayəsində bu cihazın idarəsi adi skateboard sürmək kimi sadədir. İnstitut mütəxəssisləri qeyd ediblərki, cihazın insan iştirakı ilə ilk uçuş testləri 2023-cü ildə keçiriləcək. SF-FB-30 mülki, hərbi, axtarış və xilasetmə məqsədləri üçün istifadə edilə bilər. SF-FB-30-un elektrikli mühərriklər vasitəsilə çalışan dronlardan əsas üstünlüyü ondan ibarətdir ki, onu tez bir zamanda yanacaqla təmin etmək mümkündür. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Çinlilər insanı 3000 metr hündürlüyə qaldıra biləcək hava skateboard-u hazırlayıblar | Technote