
Contana, səsli asistantına yeni funksiya əlavə olunub
Elm & Texnologiya
07.05.2017
Farid
Bir çox texnologiya şirkətləri öz səsli
asistantlarını istifadəçilərə təqdim etməkdədir. Belə asistantlardan biri də
Contana-dır. Səsli asistantların artması şirkətlər arasında rəqabəti də artırmaqdadır.
Artıq Android üçün Contana adlandırılan səsli asistanta bəzi əlavələr olunub.
Belə yeniliklərdən biri də səsli asistantın ad gün təbriklərini istifadəçiyə
xatırlatmasıdır.
Android üçün digər mühüm dəyişiklik
Cortana-nın çoxlu sayda təqvimə qoşulma imkanının olmasıdır. Belə olduqda
istifadəçi təyin etdiyi görüş və tədbirləri yaddan çıxarmır. Contana-nın sizin
planladığınız günlük işlərdən xəbərdar olması sizin işinizi daha da
asanlaşdıracaq.
Paylaş
Bənzər xəbərlər