main-post-cover

    Corning şirkəti Gorilla Glass Victus 2 qoruyucu şüşəsini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    30.11.2022
    Farid Pardashunas
        Corning şirkəti Gorilla Glass Victus 2 adlı yeni qoruyucu şüşəsini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən yeni nəsil qoruyucu şüşənin hazırlanması zamanı əsas diqqət onun yüksək dözümlülüyünə yönəlib. Qeyd etmək lazımdır ki, sözügedən qoruyucu şüşə smartfon ekranları üçün nəzərdə tutulub və şirkət bildirib ki, Gorilla Glass Victus 2 kobud səthlərin üzərinə düşüşə daha çox dözümlüdür. Qeyd etmək lazımdır ki, birinci nəsil Gorilla Glass Victus-un təqdimatı zamanı şirkət bildirmişdi ki, o, 2 metr hündürlükdən düşüşə tab gətirə bilir.
        Yeni nəsil qoruyucu şüşənin hazırlanması zamanı isə şirkətin əsas məqsədlərindən biri də onun kəmər hündürlüyündən daha kobud səthlərə olan düşüşlərə tab gətirməsi idi. Bu isə smartfonların düşüş halları arasında ən geniş yayılmış olanıdır. Corning qeyd edib ki, son 4 il ərzində smartfonlar 15% daha ağır və 10% daha böyük olmağa başlayıblar. Bu faktorlar isə smartfonun düşüşü zamanı onun ekranına olan yüklənməni artırırlar.
        Məlumatda qeyd edilib ki, laboratoriya testlərində Gorilla Glass Victus 2 betonu imitasiya edən səthə 1 metr hündürlükdən düşüşə tab gətirə bilir. Halbu ki, digər istehsalçıların həlləri yarım metrdən bu cür səthə düşüş nəticəsində artıq zədələnirlər. Bununla yanaşı yeni nəsil qoruyucu şüşə asfaltı imitasiya edən səth üzərinə 2 metr hündürlükdən düşüşə də tab gətirə bilir. Gorilla Glass Victus 2-yə sahib ilk smartfonlar yaxın aylar ərzində satışa çıxmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər