Logo
    main-post-cover

    Cortana artıq Android və iOS cihazlarda!

    Microsoft’un rəqəmsal assisenti Cortana artıq iOS, Android və Cyanogen əməliyyat sistemi ilə işləyən telefonlar üçün də yayımlanıb. İlk dəfə Windows Phone 8.1 ilə tanıdılan və Windows 10’la son versiya olaraq təqdim olunan Cortana, digər mobil telefonlara müəyyən məhdudiyyətlərlə gəlir. Məsələn, tənzimləmələri dəyişmək, proqramları açmaq və "Hey Cortana” deyərək əməliyyatlar etmək təəssüf ki, iOS və Android’də tam olaraq mümkün deyil. Amma Android cihazınızda Cortana proqramı açıq olduğu halda "Hey Cortana” əmrinə reaksiya verir. Cyanogen isə Microsoft ilə etdiyi işbirliyi sayəsində Cortana’yı sisteminə tam olaraq əlavə edib və Cortana’nın seslə aktivləşdirilməsindən tutmuş bir çox əməliyyatı yerinə yetirə bilir. Cortana hələki ABŞ və Çindəki iOS 8 və daha yuxarı versiya telefonlar, Android 4.1.2 və daha yuxarı versiya cihazlarla işləyə bilir. Cyanogen OS 12.1.1 yeniləməsindən sonra ABŞdakı OnePlus One’lar da Cortana’ya qovuşacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Cortana artıq Android və iOS cihazlarda! | Technote