drzeka zeka kartları

Çoxdan gözlənilən Nokia 8 sonunda təqdim edildi

17.08.2017 0 PAYLAŞIM 1167 OXUNMA

Nokia brendinin sahibi “HMD Global” şirkəti sonunda öz yeni flaqman modeli olan Nokia 8-i təqdim etdi.

Təqdim olunmuş yeni Nokia 8, metal korpusa və dairəvi kənar hissələrə sahibdir. Smartfonun ənənəvi ön paneli, barmaq izi skanı və sensorlu düymələr ilə təchiz olunub. Görünür ki, şirkət, digərləri kimi çərçivəsiz ekran trendinin arxasınca qaçmayıb. Bundan əlavə olaraq Nokia 8, qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş hissəsini özündə qoruyub saxlayıb. Cihazın şarjı və kompüterə qoşulması prosesi isə USB Type-C girişi vasitəsilə reallaşdırılır. Nokia 8 üçün kameranın hazırlanmasında “Carl Zeiss” şirkəti yardımçı olub. Qeyd etmək lazımdır ki, bu şirkət, Nokia brendi ilə 15 ilə yaxın idi ki, əməkdaşlıq edirdi. Lakin brendin, HMD Globala satılmasından sonra bu əməkdaşlıq bir neçə il fasilə etdi.


Buna baxmayaraq hər iki şirkət arasındakı əməkdaşlıq qaldığı yerdən davam edir. Nokia 8, 13 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Onlardan biri rəngli, digəri isə monoxromdur. Monoxrom kameranın hesabına Nokia 8, portret fotoların arxa fonlarını qarışıq şəkildə reallaşdıra və ağ-qara fotoları çəkə bilər. Bundan əlavə olaraq smartfon, 3 mikrofonun hesabına 360 dərəcəlik OZO Audio səsyazma texnologiyasını da dəstəkləyir. Smartfonun digər texniki göstəricilərinə gəldikdə isə o, 5.25 inç Quad HD ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik ikili arxa və 13 MP-lik ön kamera ilə təchiz olunub. Nokia 8, Android 7.1.1 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon, gələn aydan 670$ qiymətində satışa çıxacaq.