main-post-cover

    Çoxdan gözlənilən Poco F2 Pro smartfon modelinin təqdimatı artıq çox yaxındır

    Elm & Texnologiya
    05.05.2020
    Emil Nəcəfov
        Çinin Gearbest adlı online ticarət platformasında hələ təqdim edilməmiş Poco F2 Pro smartfon modelinin təsvirini özündə əks etdirən səhifə ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Yeni məlumat sızıntısı bu smartfonun Redmi K30 Pro modelinin qlobal versiyası olacağını təsdiqləyib. Ortaya çıxmış posterlərə əsasən Poco F2 Pro smartfonunun ekranı üzərində heç bir çıxıntı hissə olmayacaq.
        Beləliklə smartfon hərəkətli ön kamera sisteminə sahib olacaq. Bununla yanaşı Poco F2 Pro modeli Snapdraogn 865 prosessoru, yüksək batareya həcmi, sürətli şarj texnologiyası və 64 MP-lik dördlü arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Poco brendi bu smartfonun təqdimatı barəsində artıq tizer paylaşımlar etməyə başlayıb. Bu isə o deməkdir ki, Poco F2 Pro modeli yaxın həftələrdə təqdim olunacaq.
    Linki kopyala