main-post-cover

    Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını elan edib

    Elm & Texnologiya
    10.05.2022
    Farid Pardashunas
        Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən playerin ehtiyyatda qalmış modelləri bitənə kimi o, satışda qalacaq. Qeyd etmək lazımdır ki, iPod Touch Apple şirkətinin portativ musiqi player cihazları seriyasının son modeli olaraq qaldı. iPod Touch-ın istehsalının dayandırıldığını elan edəndən sonra Apple bildirib ki, iPod-un ruhu iPhone, iPad HomePod Mini kimi musiqi oynadıcı cihazlarda əbədi olaraq yaşayacaq. iPod Touch-ın istehsalının dayandırılması bütöv bir dövrün sonu deməkdir. İlk iPod modeli 21 il bundan öncə təqdim edilmişdi. FireWire interfeysli ilk model sadəcə olaraq kompakt ölçülü musiqi playeri idi.
        Apple iPod-un yalnız musiqi dinləmək üçün nəzərdə tutulmuş modellərini 2017-ci ilə kimi istehsal etdi. Lakin 2017-ci ildə iPod Nano iPod Shuffle modellərinin istehsalatları dayandırıldı. iPod Touch çoxları arasında klassik musiqi playeri kimi qəbul edilsə də, o, iPhone-dan istifadə təcrübəsini qazanmaq istəyən istifadəçilər arasında da böyük rəğbət qazandı. Söhbət, iPhone-nun özünə ehtiyac duymadan onun təcrübəsini yaşamaq istəmiş istifadəçilərdən gedir. iPod Touch isə bu təcrübəni yaşamaq imkanını yaradırdı. 7-ci nəsil iPod Touch 2019-cu ildə iPhone 7 seriyası ilə birlikdə təqdim edilmişdi.
        6-cı nəsil iPod Touch isə 2015-ci ildə təqdim edilmişdi. Nəticədə şirkət 7-ci nəsil iPod Touch-ın da istehsalının dayandırıldığını elan etdi. Hamıya məlum idi ki, musiqi playerləri dövrü artıq geridə qalıb. İnsanların çoxu smartfonun yerinə yetirə biləcəyi funksiyaları özündə birləşdirən ikinci bir cihazı gəzdirmək həvəsində deyil. İlk iPod modelinin yaradıcılarından biri olan Tony Fadell bildirib ki, vaxtı ikən iPod komandası bilirdi ki, iPhone smartfonları nəticədə musiqi playerlərinin funksiyalarını əldə edərək onları geridə qoyacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər