main-post-cover

    Daha bir dövrün sonu: TCL şirkəti BlackBerry smartfonlarının istehsalını və satışlarını dayandıracaq

    Elm & Texnologiya
    04.02.2020
    Farid Pardashunas
        2016-cı ildən bəri BlackBerry markalı smartfonun satışa çıxarılması ilə TCL şirkəti məşğul olurdu. İndi isə rəsmi məlumata əsasən TCL şirkəti BlackBerry markalı smartfonların istehsalını dayandırmaq qərarını verib. Bu barədə Gagadget saytı xəbər verib. TCL tərəfindən verilmiş məlumata əsasən bu ilin avqust ayından başlayaraq şirkət BlackBerry markalı smartfonların istehsalını və satışlarını dayandıracaq.
        Buna baxmayaraq şirkət aktual olan BalckBerry modellərinin bu ilin sonuna kimi dəstəkləyəcəyinə söz verib. Söhbət, BlackBerry KEYone, BlackBerry KEY2, BlackBerry KEY2 LEBlackBeryy Motion smartfon modellərindən gedir. TCL şirkətinin bu cür qərarı hansı səbəbə görə verdiyi məlum deyil. Güman etmək olar ki, şirkət öz diqqətini fərdi brend altında istehsal olunan cihazlara ayırmaq istəyir. Qeyd etmək lazımdır ki, TCL-ın ilk smartfon modeli keçən ilin sentyabr ayında IFA 2019 sərgisində təqdim edilmişdi.
        Bundan əlavə olaraq şirkət bu ayn sonunda keçiriləcək MWC 2020 sərgisi çərçivəsində yeni smartfon modellərini də təqdim edəcək. TCL şirkəti BlackBerry markalı smartfonların satışının reallaşdırılması üçün olan lisenziyaya sahib yeganə şirkət olmayıb. Onların sırasında Optiemus BB Merah Putih adlı istehsalçılar var. Lakin həmin istehsalçılar çoxdandır ki, BlackBerry markalı smartfonları satışa çıxartmayıblar. Bu isə o deməkdir ki, BlackBerry markalı smartfonlar bir daha smartfon bazarında satışa çıxmayacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər