Logo
    main-post-cover

    Daha bir əfsanə telefon Motorola V3, bu il geri qayıdır

    Motorola RAZR V3 mobil telefonu geri qayıda bilər.

    Yeni model Nokia 3310-nun anonsu, MWC 2017-də ən çox səs küyə səbəb olmuş hadisə idi. Görünür daha bir əfsanəvi mobil telefonun qayıdışı baş verə bilər. Söhbət bir zamanlar məşhur olmuş Motorola RAZR V3 modelindən gedir. Yeni model Nokia 3310 ilə onun keçmiş versiyası arasındakı zaman fərqi 16 ildir. Motorola RAZR V3 isə 2004-cü ildə satışa çıxmışdı. Bu il onun yeni modeli satışa çıxa bilər. Belə bir nəticəni, "Lenovoşirkətinin CEO-su Yang Yuanqing-in sözlərindən çıxartmaq olar. Belə ki, onun sözlərinə əsasən bir vaxtlar məşhur olmuş modelin yeni versiyasının satışa çıxması, istehlakçıların diqqətini cəlb edəcək və şirkətin səviyyəsini, rəqiblərin qarşısında yüksəldəcək. Qeyd etmək lazımdır ki, 22 Fevral tarixində şirktə bildirmişdi ki, o artıq Motorola brendi altında mobil telefonlar istehsal etməyəcək. Belə ki, sözügedən brendi Lenovo Moto əvəz edəcək. MWC 2017-də isə şirkətin mobil şöbəsinin prezidenti qeyd etdi ki, Motorola brendi geri qayıdacaq. Hətta ZUK seriyasının modelləri gələcəkdə bu brend altında satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər