
Dəhşətli qəzadan sonra bir şəxsin üzü 3D çap ilə bərpa edilib
Elm & Texnologiya
21.06.2025
Emil
Bristoldakı Tibbi 3D Texnologiyalar Mərkəzi velosipedçi Dave Richards-ın ağır qəzadan sonra üzünün bərpasına kömək edib. O, 3D çap texnologiyası ilə hazırlanmış fərdi üz protezləri alan ilk Böyük Britaniya sakini olub. 2021-ci ildə Richards ciddi xəsarətlər alıb - sərxoş sürücü onu və dostlarını Somersetdə səyahət zamanı avtomobillə vurub. Richards avtomobilin altında qalıb və bədəninin, o cümlədən üzünün sağ tərəfində ciddi yanıq və əzilmə xəsarətləri alıb. Onun üçün fərdi üz örtüyü və çapıqlar üçün boyun qoruyucusu hazırlanıb.

Proses Richards-ın üzünün 3D skan olunması ilə başlayıb, daha sonra mərkəzin mütəxəssisləri rəqəmsal model yaradaraq protezi hazırlayıblar. Dave-in sözlərinə görə, protezlər ona özünə inam hissini qaytarıb. Aprel ayında istifadəyə verilmiş Bristol 3D Tibbi Mərkəzi Böyük Britaniyada 3D skan və çap texnologiyalarını bir araya gətirən ilk qurum hesab olunur. Burada eyni zamanda mürəkkəb əməliyyatlara hazırlıq məqsədilə dəqiq damar və sinir detalları ilə zədələnmiş orqanların modelləri yaradılır. Mərkəzin əsas texnologiyalarından biri 200 dərəcə Selsiyə qədər temperaturda işləyən PEEK printerdir.

Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
