Logo
    main-post-cover

    Dələduzlar Telegram'ın saxta ICO'su vasitəsilə minlərlə dollar oğurlayıblar

    Elm & Texnologiya
    19.04.2018
    Emil
    Kaspersky Lab şirkətinin tədqiqatçıları Pavel Durov tərəfindən hələ rəsmi şəkildə anons olunmamış Gram kriptovalyutasını ICO vasitəsilə satan saxta saytlar aşkar ediblər. Durov-un özü bu saxta saytlar barəsində öz Twitter hesabında xəbərdarlıq edib. Qeyd etmək lazımdır ki, Gram kriptovalyutası barəsində şayiələr gündən-günə artır. Bundan istifadə edən dələduzlar isə saxta saytlar vasitəsilə investorları aldadaraq pul qazanırlar.

    İnternetdə yeni platformaya fərqli kriptovalyutalar ilə investisiya təklif edən yetəri qədər sayt var. Bu cür saytların birindəki tranzaksiyaların analizi nəticəsində məlum olub ki, dələduzlar 35.000$ dəyərində Etehereum oğurlayıblar. Dələduzlar tərəfindən yaradılan bu cür saytlar maksimal dərəcədə həqiqi saytlara bənzəyir. Onlar qorunan şəbəkə qoşulmasından istifadə edir, istifadəçilərdən qeydiyyatdan keçməyi tələb edir və hər bir qurban üçün unikal online portmanat generasiya edirlər. Beləliklə pul vəsaitlərinin ötürülməsini təyin etmək çox qəlizləşir. İstifadəçini isə saytın həqiqi olduğuna inandırmaq çox asandır.
    Paylaş
    Bənzər xəbərlər