
Didi taksi şirkəti Neuron adlı pilotsuz avtomobil konseptini təqdim edib
Elm & Texnologiya
14.04.2023
Emil
Didi taksi şirkəti Şanxayda keçirilmiş tədbir çərçivəsində Neuron adlı pilotsuz avtomobil konseptini təqdim edib. Məlumata əsasən şirkət artıq 4-cü səviyyəli avtopilot sisteminə sahibdir. Şirkət təqdimat zamanı avtomobilin avtopilot sistemini sərgiləməyəib. Lakin bununla belə əsas diqqətini avtomobilin dizaynına və bəzi imkanlarına yönəldib. Ağ rəngdə olan bu avtomobil sürücü üçün nəzərdə tutulmuş oturacağa sahib deyil. Avtomobilin ön hissəsində 3 ədəd, arxa hissəsində isə 2 ədəd ekran yerləşir.

Bununla yanaşı avtomobil 8 ədəd kamera və çoxlu sayda müxtəlif sensor ilə təchiz olunub. Avtomobilin yükdaşıma hissəsində robotlaşdırılmış tutacaq var. O, sərnişinlərin yüklərini avtomobilə yerləşdirmək üçün nəzərdə tutulub. Neuron adlı pilotsuz avtomobilin nə zaman istifadəyə veriləcəyi qeyd edilməyib. Qeyd etmək lazımdır ki, Didi şirkəti Şanxay və Quançjounun bəzi rayonlarında artıq pilotsuz avtomobil daşınması xidmətini təklif edir. Şirkətin bu xidməti Robotaxi adlanır. 2025-ci ildə isə şirkət öz pilotsuz avtomobillər parkını avtomobil istehsalçıları ilə əməkdaşlıq çərçivəsində yeniləməyi planlaşdırır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
