Digər avtomobil istehsalçıları Tesla-dan 6 il geridə qalırlar

Digər avtomobil istehsalçıları Tesla-dan 6 il geridə qalırlar

Texnologiya
20.02.2020 PAYLAŞIM

    Tesla şirkətinin elektromobilləri təkcə öz mühərrikləri ilə deyil həm də avtopilot sistemini özündə birləşdirən təkmilləşdirilmiş elektronika ilə də məşhurdurlar. Bir neçə müddət bundan öncə Yaponiyanın böyük avotmobil istehsalçılarından birinin mühəndisləri məşhur Model 3 elektromobilini hissələrə ayırdılar və görülmüş nəticələrdən heyrətə gəldilər. Bu barədə Futurism saytı xəbər verib. Model 3-ün mərkəzi idarəetmə modulunu analiz edən yaponiyalı mühəndislərdən birinin nəticəsi belə oldu: “Biz bunu hazırlaya bilmərik”.

    Bu cür reaksiya ilə mühəndis müasir istehsalçıların Tesla şirkətinin süni zəka çipinin analoqunu yarada bilməyəcəklərini nəzərdə tutub. Daha öncədən Elon Musk-ın qeyd etmişdi ki, Tesla elektromobillərinin sahib olduqları Hardware 3 sistemi həmin elektromobilləri tamamilə avtopilot sisteminə inteqrasiya etmək üçün yetəri hesablama gücünə sahibdir. Bununla belə Tesla-nın elektromobilləri avtopilot sisteminin yalnız 2-ci səviyyəsinə sahibdir. Yəni başqa sözlə desək, Tesla elektromobilləri hazırki mərhələdə hərəkət zolağını dəyişə, döngələrdə dönə bilə və sürücüsüz halda parkinq yerlərdə naviqasiya oluna bilər.

    Nikkei jurnalistlərinin fikirlərinə əsasən digər avtomobil istehsaçıları bu səviyyəyə 2025-ci ildən tez çata bilməyəcəklər. Tesla şirkətinin öz rəqiblərindən irəlidə olmasını jurnalistlər elektromobillər üçün olan komponentlərin istehsalında və şirkətin sahib olduğu müqavilələr sistemində görürlər. Belə ki, digər şirkətlərdən fərqli olaraq Tesla öz partnyorlarını daha rahat və müstəqil şəkildə seçə bilir. Bu üsul ilə şirkət öz elektromobillərinə aparıcı texnologiyaların inteqrasiyasını daha sürətlə reallaşdırır



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SMS və MMS-in yerinə 5G mesajlar standartı gələcək

Çinin China Mobile, China Telecom və China Unicom kimi böyük operatorlarının keçirtdikləri online ko..


Honor 30 Pro flaqman smartfon modelinin rəsmi fotoları təqdim olundu

Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor, 15 aprel tarixində Honor 30 flaqman..


Mütəxəssislər koronavirus dövründə olan ən məşhur kiberhücum növlərindən xəbər v..

Trend Micro Incorporated şirkəti koronavirus pandemiyası dövründə olan kibertəhlükələr üzrə yeni hes..


Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələri..

Keçən həftə internetdə saxta məlumatlar yayılmağa başladı ki, guya mobil şəbəkə qüllələri COVID-19 v..


WhatsApp Beta yeniləndi: Bu səfər daha 3 yenilik əlavə olundu

WhatsApp Beta bu səfər də 3 yenilik ilə gəlir. Qısa zamanda stabil versiya da bu yenilikləri əldə ed..


Ən sürətli və ən güclü notbuk prosessoru: AMD Ryzen 9 4800HS

AMD şirkətinin Zen 2 arxitekturasında hazırladığı Ryzen 9 4800HS ən sürətli notbuk prosessoru oldu...