DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Texnologiya
30.08.2018 PAYLAŞIM

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİM-dən Technote.az-a verilən məlumata görə, son günlər Facebook-da DİM-in icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bəzi səhifə və qruplar profil şəkli və cover fotoları üçün mərkəzin loqotipindən istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.

İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta Facebook səhifə və qruplarına üzv olmamağı tövsiyə edirik. Mərkəzin yalnız 176 mindən artıq izləyicisi olan bu səhifəsi fəaliyyət göstərir. Bundan əlavə, tədris ilinin əvvəli olduğu üçün müəyyən hazırlıq kursları da daha çox abituriyent cəlb etmək üçün Dövlət İmtahan Mərkəzinin adından qeyri-qanuni olaraq istifadə edirlər. Bir daha bəyan edirik ki, Dövlət İmtahan Mərkəzi hazırlıq kursları ilə əməkdaşlıq etmir və Mərkəzin hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.

Qurumun açıqlamasında deyilir ki, DİM söz birləşməsi və loqotipi Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır

: "Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək"



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung Galaxy A51 və Galaxy A71 smartfonları təqdim olundular

Samsung şirkəti Galaxy A50-nin davamçıcı olan Galaxy A51-i və Galaxy A71 smartfon modellərini təqdim..


Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək..

Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları ..


Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdı..

Android əməliyyat sisteminin mütəmadi yenilənmələri smartfonun təhlükəsizliyini yaxşılaşdırır və bir..


Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı

Xiaomi şirkəti artıq təsdiqləyib ki, o, yeni Mi Mix smartfon modeli üzərində çalışır.


Xiaomi şirkəti daha bir qatlana bilən smartfon patentini əldə etdi

Xiaomi şirkəti özünün qatlana bilən smartfon prototipini hələ ilin əvvəlində sərgiləmişdi. ..


108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

İstifadə etdiyi kameralar ilə gündəm olan Mi Note 10 modeli Xiaomi tərəfindən qlobal satış üçün hazı..