Dimensity 2000 prosessoru MediaTek şirkətinin ən güclü prosessoru olacaq
Elm & Texnologiya
29.04.2020
Farid Pardashunas
MediaTek şirkəti gələn həftə üçün online təqdimat anons edib. Təqdimatın təfərrüatları barəsində məlumat olmasa da, məşhur insayder qeyd edib ki, şirkət həmin təqdimat çərçivəsində 4 yeni mobil prosessor modeli təqdim edəcək və onlardan biri şirkətin ən güclü prosessor modeli olacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkət sözügedən online təqdimatı 7 may tarixində keçirdəcək.
Şirkətin təqdim etdiyi posterdə “5G hamı üçün” yazısı əks olunub. Güman olunur ki, şirkət özünün 5G dəstəkli yeni prosessor modellərindən danışmağa hazırlaşır. Bununla yanaşı Digital Chat Station adlı məşhur insayder MediaTek-in 4 yeni prosessor modeli hazırlaması barəsində məlumat verib. İnsayderin verdiyi məlumata əsasən MediaTek keçən ilki Dimensity 1000 və Dimensity 800 prosessorlarının təkmilləşdirilmiş versiyalarını təqdim etməyə hazırlaşır
Bundan əlavə olaraq şirkət bahalı olmayan smartfonlar üçün MT6853 adlı prosessor modeli üzərində də çalışır. Və təbii ki, həm də Dimensity 2000 adlı yeni flaqman prosessor da hazırlanır. Onun barəsində məlumat olmasa da, güman edilir ki, o, şirkətin ən güclü prosessor modeli olacaq. MediaTek-in bu prosessorlardan hansınısa gələn həftədəki təqdimat çərçivəsində təqdim edib-etməyəcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ