main-post-cover

    Diqqət: Google şirkəti tez bir zamanda Chrome brauzerini yeniləməyi məsələhət görür

    Elm & Texnologiya
    09.03.2019
    Farid Pardashunas
        Google mütəxəssisləri Chrome brauzerinde ciddi sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğu vasitəsilə hackerlər istifadəçilərin konfidensial məlumatlarını əldə edə bilərlər. Google şirkəti istifadəçilərə ilk imkanda Chrome brauzerini yeniləməyi məsləhət görür. Bu barədə Gagadget saytı xəbər verib. Məlum olub ki, Chrome brauzerində sözügedən sistem boşluğu hələ fevral ayının sonunda aşkar edilib.
        FileReader paketində olan bu sistem boşluğu müxtəlif saytların brauzerdəki olan məhdudlaşdırıcı sistemləri keçərək cihazın yaddaşındakı məlumatları oxumağa imkan verir. Bundan əlavə olaraq sözügedən sistem boşluğu cihaza zərərli tətbiqləri yaza və eyni administrativ hüquqlara sahib saxta isttifadəçi hesabları yarada bilir. Bu halda hətta istifadəçi Chrome brauzerinin işini dayandırsa da həmin saytlar cihazın yaddaşına daxil olma özəlliyini özlərində saxlayırlar.

        Qeyd etmək lazımdır ki, Chrome brauzerinin sistemində olan bu sistem boşluğu bütün platformalarda müşahidə olunub: Android, iOS, macOS, LinuxWindows. Hackerlərin sizin özəl məlumatlarınızı əldə etməmələri üçün Google şirkəti tez bir zamanda Chrome brauzerini yeniləməyi məsləhət görür. Yenilənmə hələ 1 mart tarixində işıq üzü görüb. Chrome əsasən avtomatik şəkildə yenilənir. Lakin bir çox istifadəçilər avtomatik yenilənmə funskiyasını deaktiv ediblər. Beləliklə stabil və təhlükəsiz iş üçün Chrome brauzerinin versiyası 72.0.3626.121.-dən aşağı olmamalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər