main-post-cover

    Diqqət! MWC 2020 konfransı ləğv edildi - Koronavirus

    Elm & Texnologiya
    13.02.2020
    Nijat Hamid
            Mobil Dünya Konfransı illərdir ki, texnologiya təqdimatlarına ev sahibliyi edir. Bir xeyli yeni texnologiyanın təqdim edilməsinin planlandığı MWC 2020 sərgisi son dəqiqə qərarı ilə ləğv edildi. Əsas səbəb olaraq isə koronavirus göstərilir. Konfrans rəhbərliyi MWC 2020-ə gələcək insanların həyatını təhlükəyə atmaq istəmir.    

    GSM Association aldığı qərar ilə Barselonada keçiriləcək MWC 2020 konfransını ləğv etdi.

            Koronavirus hal-hazırda dünyada 1000 nəfərdən çox insanın ölümünə səbəb olub. Buna görə də ölkələr təşviş içindədirlər. Çində fabriki olan bir çox marka istehsalı dayandırıb və ya çətin günlər keçirməyə məcbur qalıb. Koronavirus səbəbilə Nokia, Facebook, Intel, Sony, LG, AT&T, Cisco, Vivo, Ericsson, Sprint, Amazon, Nvidia kimi şirkətlər MWC 2020-də iştirak etməyəcəyini bəyan etmişdi. Saydığımız bu şirkətlər dünya nəhəngləri hesab olunur və konfransın əsas hissəsini təşkil edirlər. İstifadəçilərini, işçilərini təhlükəyə atmaq istəməyən bu şirkətlər gəlməyəcəklərini bəyan etdikdən sonra MWC 2020-nin təşkilatçısı olan GSM Assocation təcili bir qərar qəbul edərək bu il üçün MWC 2020 konfransını ləğv etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər