main-post-cover

    Diqqətli olun və aldanmayın: Fortnite oyununun saxta Android versiyaları yayılıb

    Elm & Texnologiya
    04.06.2018
    Farid Pardashunas
        Fortnite oyununun hal hazırki məşhurluğunu nəzərə alsaq, bir çox istifadəçilər bu oyunun mobil versiyasını axtarırlar. Həmçinin oyunun yaradıcısı Epic Games studiyası bir neçə müddət bundan əvvəl bildirmişdi ki, oyunun Android versiyası yay fəslində təqdim olunacaq. Lakin sizə ehtiyyatlı olmağı məsləhət görürük. Belə ki, oyun hələki Android üçün çıxmayıb və qarşınıza Fortnite adı ilə çıxacaq istənilən tətbiq və ya mobil oyun sadəcə saxtadır və zərərli viruslardan ibarətdir. Google vasitəsilə axtarış edərkən Android platforması üçün bir çox Fotnite təkliflərini tapmaq olar.

        Həmin axtarışları həmçinin YouTube-da da etmək olar. Belə ki, saxta oyun tətbiqlərindən bir neçəsi məşhur videoservisdə reklam alaraq öz saxta oyunlarının yayılması imkanına sahib olublar. Yüklənmiş saxta oyun tətbiqlərinin analizi onu göstərib ki, həmin tətbiqlər smartfondan əsasən istifadəçi məlumatlarını və bank kartı məlumatlarını oğurlayırlar. Dələduzlar həmişəki kimi istifadəçilərin xəbərsizliklərindən və oyun ətrafında yaranmış məşhurluqdan istifadə edirlər. Təbii ki, oyunun Android üçün rəsmi çıxış xəbəri bir sıra kütləvi informasiya vasitələri ilə yayılacaq. Lakin o vaxta kimi “Fortnite for Android” məzmunlu heç bir oyun tətbiqini yükləməməyi məsləhət görürük.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər