Logo
    main-post-cover

    "Disney" messenger bazarına daxil olur. Studiya öz tətbiqini təqdim edib.

    "Disney” studiyası onsuzda rəqabətin yüksək olduğu messengerlər bazarına daxil olmağı qərarlaşdırıb. Hamımıza gözəl animasiya filmlərinin hazırlanması ilə tanınan studiya "Mix” adlı yeni tətbiqi təqdim edib.

    "Mix” istifadəçilər üçün aktiv olacaq bir çox idarəetmə və qrup ayarlarını özündə birləşdirən ailəvi çatdır. Böyüklər çatın admini rolunda çıxış edəcəklər. Onlar uşaqlar üçün tapşırıqlar yarada, ünsiyyət vasitəsinin qaydalarını müəyyənləşdirə, və onların yazışmalarını nəzarət altında saxlaya biləcəklər. Technote.az-ın "Ubergizmo” saytına istinadən verdiyi xəbərə əsasən yeni messengerdə hətda "Disney”-in məşhur animasiya filmləri mövzusunda avatar və stickerlər yaradaraq onları digər istifadəçilərə göndərmək mümkün olacaq. Həmçinin tətbiqdə müxtəlif oyunları oynamaq, studiyanın yeni layihələri və gələcəkdə böyük ekranlara çıxacaq animasiya filmlərinin çıxış tarixlərini öyrənmək olacaq. "Disney” söz verib ki, yaxın zaman ərzində messenger vasitəsilə foto və video göndərmək funksiyası da aktiv olacaq. Disney Mix artıq iOSAndroidplatformalarında aktivdir. Lakin ondan çox güman ki, yalnız uşaqlar və yeniyetmələr istifadə edəcəklər.

    Paylaş
    Bənzər xəbərlər