main-post-cover

    Disney və Neftlix'dən daha bahalı şirkət: YouTube servisinin dəyəri hesablandı

    Elm & Texnologiya
    27.05.2018
    Orkhan Karimov
        Morgan Stanley bankının analitikləri YouTube servisinin təqribi kapitalizasiyasını hesablayıblar və belə qənaətə gəliblər ki, onun qiyməti 160 milyard dollar təşkil edir. Bu barədə Busines Insider saytı xəbər verib. 2006-cı ildə Google şirkəti YouTube servisini 1.65 milyard dollara almışdı. İndi isə Business Insider-in fikrincə YouTube dünyanın ən böyük mediaşirkətlərindən biri olub. Morgan Stanley analitikləri əmindirlər ki, YouTube genişlənməkdə davam edəcək.
        Nəzərə alsaq ki, musiqi sözügedən platformanın ən məşhur kontentidir, servisin yeni abunəlik təklifləri gələcəkdə əsas gəlir mənbəyi ola bilər. Morgan Stanley bankının analitiklərinin fikrincə YouTube MusicYouTube Premium kimi yeni məhsullar istifadəçilərin gəlirlərini 13 dəfə yüksəldə bilərlər. Abunəliyi alacaq hər milyon istifadəçi YouTube servisinə 1% gəlir gətirəcək. YouTube servisinin 160 milyard dollarlıq dəyəri onu Disney (155 milyard dollar), Comcast (150 milyard dollar) və Neftlix (141 milyard dollar) şirkətlərindən daha yuxarı pillələrdə qərarlaşdırır. Videoplatformanın daxil olduğu Alphabet holdinqinin dəyəri isə 742 milyard dollar təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər