
Dizaynını istədiyiniz vaxt dəyişə biləcəyiniz "ağıllı" idman ayaqqabısı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Vixole adlı startap Indiegogo-da, ekranı olan "ağıllı” idman ayaqqabısı layihəsinə start verib.
Sözügedən startap hətta idman
ayaqqabıların işlək prototiplərini də təqtim edib. Komanda lazım olan 30.000$ vəsaiti
yığmaqla yanaşı hətta onu ikiqat artırıb. Ekran, ayaqqabının arxa hissəsinə yerləşdirilib.
Onun üzərində olan yarışəffaf örtük isə ekranı sudan qoruyur. Beləliklə istifadəçi
ayaqqabını yağışlı və qarlı havada geyinə bilər. Ayaqqabılar 3 versiyada və
qara, ağ rənglərdə satışa çıxarılacaq. Ən sadə Vixole ayaqqabıları monoxrom
ekranla təchiz olunublar. Mobil tətbiq vasitəsilə həmin ekranda istənilən
görüntünü və ya animasiyanı əks etdirmək mümkün olacaq. Vixole Plus modeli isə
gedilmiş addımları sayan xüsusi ötürücülərə sahib olacaq.
Bu modelin daha bir özəlliyi onun
yerimə tempi və musiqi ritminə uyğun dizaynını dəyişməsidir (sensorlar xarici səsə
reaksiya verirlər). Ayaqqabılar vibrasiya vasitəsilə istifadəçini gəlmiş zənglər,
yeni ismarıclar barəsində məlumatlandıracaq. Vixole OLED isə adından da
göründüyü kimi OLED ekranla təchiz olunub. Lakin komanda bu modeli 300 ədəd
qısa tirajla satışa çıxardacaq. Ayaqqabılar xüsusi naqilsiz şarj platformasında
iki saat ərzində enerji yığandan sonra 8 saat çalışa bilirlər Vixole və Vixole
Plus modellərinin qiymətləri 150$ - 195$, Vixole OLED-in qiyməti isıə 300$ təşkil
edəcək. Əgər hər şey plan üzrə getsə ayaqqabılar 2017-ci ilin İyun ayında
satışa çıxacaqlar.
Paylaş
Bənzər xəbərlər