Dizüstü kompüterlər üçün səssiz və fansız soyutma sistemi hazırlanıb!
Elm & Texnologiya
24.12.2024
Farid
40 vatta qədər enerji istehlakı olan dizüstü kompüterlər üçün fansız soyutma həlli təqdim edilib. Ventiva-nın ICE9 həllində hərəkətli hissələr yoxdur və hava axını yaratmaq üçün ionlardan istifadə edilir.
Kompüter soyutma texnologiyalarında fansız həllər həyatımıza getdikcə daha çox daxil olmağa başlayır. Ventiva, hərəkətli hissələri olmadan işləyən və tamamilə səssiz şəkildə elektron cihazları soyutmağa imkan verən ICE9 Termal İdarəetmə Sistemini təqdim edib. Bu yenilikçi texnologiya, 25 vattlıq prosessorlarla uyğun modellərlə CES 2025-də nümayiş etdiriləcək, lakin 2027-ci ilə qədər 40 vatt TDP-yə qədər prosessorları dəstəkləyəcəyi gözlənilir.
Ventiva-nın hazırladığı Ionic Cooling Engine (ICE), ionların hərəkəti ilə hava axını yaradaraq işləyir. Ənənəvi fanlı soyutucuların yerini almaq üçün hazırlanmış bu texnologiya, mexaniki hərəkətli hissələrin yaratdığı səs-küy və həcm problemlərini aradan qaldırır. Həmçinin 12 millimetrlik ultra kompakt quruluşu ilə nazik və yüngül noutbuklarda böyük üstünlük təmin edir.
ICE9-un ən diqqətçəkən xüsusiyyətlərindən biri tamamilə səssiz işləməsidir. Bundan əlavə, bu cihazın bir neçə il əvvəl bazara çıxarılan Frore AirJet bərk halda aktiv soyutma texnologiyasından daha səmərəli olduğu iddia edilir. Şirkət hazırda 25 vatt TDP-yə qədər gücə malik ICE9 həllərinin olduğunu və bunun AMD və Intel-in yeni az enerji istehlak edən və yüksək səmərəli prosessorları, eləcə də Qualcomm-un Snapdragon X çipləri ilə istifadə oluna biləcəyini qeyd edir. ICE9-un ən böyük çatışmazlıqlarından biri, aşağı statik təzyiqə malik olduğuna görə mövcud dizüstü kompüter dizaynlarında birbaşa istifadə edilə bilməməsidir. İstehsalçılar bu texnologiyadan tam səmərə əldə etmək üçün hibrid həllər hazırlamalı və ya cihazların istilik dizaynını yenidən nəzərdən keçirməlidirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar