Logo
    main-post-cover

    Dünya nəhənglərinin 1 saniyədə qazandığı məbləğlər

    Silikon Vadisi, texnologiya sevərlərin hər zaman diqqətini çəkməyi bacarıb. Bunun isə əsas səbəbi təbii ki, orada yer alan tanınmış texnologiya şirkətləridir. Maraqlıdır, bu şirkətlər nə qədər qazanc əldə edir? "Technote.az"ın "NTV" mənbəsinə istinadən verdiyi xəbərə əsasən siyahıda ilk pillə "Apple"a aiddir.

    Belə ki, "Apple" şirkəti saniyədə 243.855$ qazanc əldə edir. Daha sonrakı yer isə "Microsoft" şirkətinə məxsusdur. Beləki, şirkətin saniyəlik qazancı 111.105$ təşkil edir. Siyahıda sonrakı yerləri "Google" (79.245$), "Facebook" (11.215$), "Youtube" (8.010$) kimi şirkətlər əhatə edir.
     
    Qeyd edək ki, bu rəqəmlər onların saniyədə əldə etdiyi qazancdır. Daha dəqiq məlumatı isə bəzi şirkətlərin saniyəlik gəlirlərini açıqlayan saytdan əldə edə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər