
Dünyanın ilk gecə görmə özəllikli kameraya sahib smartfonu
Elm & Texnologiya
07.05.2017
Farid
Danimarkanın Lumigon adlı şirkəti dünyada ilk gecə görmə özəllikli
kameraya sahib smartfonunu satışa çıxardıb. Yeni model smartfon Lumigon T3
adlanır. Smartfonun əsas özəlliyi ondadır ki, o ikiqat infraqırmızı
işıqlandırma funksiyalı gecə görmə özəllikli 4 MP-lik kameraya sahibdir. Bu cür
kamera ilə tam qaranlıqda foto çəkmək rahatlıq deməkdir. Bundan əlavə olaraq
adi şəraitdə foto və video çəkmək üçün smartfon avtofokus funksiyalı 13 MP-lik
arxa kamera ilə təchiz olunub. Həmin kamera 4K keyfiyyətli video çəkim xüsusiyyətinə
sahibdir. Ön paneldə isə 5 MP-lik kamera yerləşdirilmişdir. Smartfonun
yaradıcıları korpus və ekranın təhlükəsizliyi barəsindədə fikirləşiblər. Onun
korpusu paslanmaz polad, ekranı isə Gorilla Glass 4.0 şüşəsi ilə örtülmüşdür.
Smartfon həmçinin toz və nəmişlikdən belə qorunma xüsusiyyətinə sahibdir.
Texniki göstəricilərə gəldikdə isə Lumigon T3 1280x720 piksel keyfiyyətli 4.8
inç SuperAMOLED ekran, 2.2 GHz tezliklə çalışan 8 nüvəli Helio X10 prosessoru,
3 GB-lıq RAM və 128 GB-lıq daxili yaddaş ilə təchiz olunmuşdur. Qeyd etmək
lazımdır ki, Lumigon T3 Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində
çalışır. Bunlar azmış kimi smartfon həmdə barmaq izi tanıma funksiyası və
naqilsiz enerji yığma sistemi ilə birlikdə satılır. Lumigon T3 smartfonunu şirkətin rəsmi saytından $925-$1200 qiymət aralığında
almaq mümkündür.
Paylaş
Bənzər xəbərlər