Logo
    main-post-cover

    Dünyanın ən güclü telefonu - YU Yutopia satışda.

    Hindistan firması olan YU, bir müddət əvvəl dünyanın ən güclü telefonunu istehsal edəcəyini bəyan etmişdi. 250$ satılacağı iddia edilən bu telefon artıq satışa çıxdı. Lakin qiymət baxımından bir qədər bahadır. Hindisatanda satış qiyməti 375$ olan Yutopia texniki göstəricilərinə görə flaqman rəqiblərindən heç də geri qalmır. Parametrlərini nəzərə alsaq 375$ bu telefon üçün gülünc rəqəmdir.
    5.2 düyüm, 2K yəni 1440x2560 ölçülərinə sahib olan Yu Yutopia-nın ekranı 565 piksel sıxlığına malikdir. 1.5 Ghz sürətində 8 nüvəli Snapdragon 810 prosessoruna sahib olan Yutopia-da 4 GB RAM quraşdırılıb. Daxili yaddaş isə 32 GB-dır. Əlavə SD kart dəstəyi ilə 128 GB-a qədər daxili yaddaş artırıla bilər. 21 MP arxa kameraya, 8 MP ön kameraya sahib olan bu telefon çox keyfiyyətli şəkillər çəkir. Android 5.1.1 Lollipop əməliyyat sistemi ilə gələn Yutopia 3000 mAh batareyaya sahibdir. Modelin ölçüləri 147x73x7 mm ağırlığı isə 160 gram-dır. İki SİM kart dəstəyi olan Yu Yutopia müxtəlif sensorlarla təchiz edilmişdir. Bu model hələki, Hindistanda satışa çıxarılmışdır və qlobal bazara satışa çıxarılması planlaşdırılır.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...