
Dünyanın ən münasib qiymətli smartfonu bu həftə satışa çıxacaq
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın ən sərfəli qiymətə (4 dollar dəyərində) sahib olan mobil
telefonun satışları bu ayın 30-da Hindistan-da start götürəcək. Cihaz orta səviyyədə
texniki göstəricilərə sahibdir və varlı olmayan insanlar üçün nəzərdə tutulub.
Ringing Bell şirkəti tərəfindən istehsal edilmiş Freedom 251 smartfonu 4 inç
ekran, 1.3 GHz tezlikli 4 nüvəli prosessor, 1 GB-lıq RAM, 8 GB-lıq daxili
yaddaş və 1800 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon həmçinin
8 MP-lik arxa və 3.2 MP-lik ön kameraya sahibdir. Freedom 251 Android 5.1 əməliyyat
sistemi üzərində çalışır və 3G şəbəkəsini dəstəkləyir. Anons olunduğu gündən bəri
belə ucuz qiymət hamını şüphələndirirdi. Şirkət qeyd edib ki, satılmış hər
cihaza görə 3 dollar itirəcək. Buna baxmayaraq şirkət kasıb hindistanlıları şəbəkə
əlaqəsi və internetlə təmin etməyə görə bu cür addımı atmağa hazırdır.
İstehsalçı əmindir ki, istehsal tirajının artımından sonra cihaz gəlirli
olacaq. Freedom 251-i ön sifariş əsasında əldə etmək mümkündür. Qeyd edək ki,
cihaz və onun əməliyyat sistemi Hindistanda hazırlanıb.
Paylaş
Bənzər xəbərlər