Logo
    main-post-cover

    Dünyanın ən ucuz smartfonu fake çıxdı

    Ringing Bells şirkəti dünyanın ən ucuz smartfonunun (4 dollar dəyərində) satışlarını 30 iyun tarixinə anons etmişdi. Lakin indiyənə kimi smartfonun edilmiş heç bir ön sifarişi reallaşdırılmayıb. Beləliklə bu hadisə böyük qalmaqala səbəb olub. Başlanğıcda Ringing Bells şirkəti iyunun sonuna kimi bazara 2.5 milyon tirajla Freedom 251 smartfonunu təqdim edəcəyini bildirmişdi. Daha sonra həmin göstərici 200.000-ə endi. Düzü bu göstərici ilə olan tirajlar hər ay təqdim olunmalı idi. Lakin tarixi ilk öncə 28-dən 30 iyula, sonra isə 6-dan 8 iyula dəyişdilər. Bununla hadisə bitmir. Ringing Bells şirkətinin CEO-u Mohit Goel alıcılardan üzr istəyərək bazara yalnız 10.000 tiraj smartfonun təqdim olunacağını qeyd etdi. Daha sonra həmin rəqəm 5000 oldu. Ringing Bells hələ fevral ayında 70 milyona yaxın ön sifariş almışdı. Onlardan 30.000 alıcı artıq lazımi vəsaiti ödəyiblər. Lakin onlardan heç biri hələki Freedom 251 smartfonunu əldə etməyib. Görünür 120.000 dollar (30.000 insanın hər birindən 4 dollar) Mohit Goel-i qane etməyib. Buna görə də o Hindistan-ın baş nazirinə layihənin maliyyələşdirilməsi haqqında məktub göndərmişdir. O layihənin maliyyələşdirilməsini 750 milyon əhalinin ucuz smartfonları əldə edə bilməsi üçün istəmişdi. Lazım olan vəsait isə 500milyon rupi (7.4 milyon dollar) idi. Gəliri isə Goel servis və tətbiqlərin satışlarından əldə etməyi düşünürdü. Hindistan-ın höküməti isə nəyəsə görə layihəni dəstəkləmədi. Hindistanlı jurnalistlər aşkar etdilər ki, Freedom 251 əslində Adcom Ikon 4 adlı smartfondur. Həmin smartfon Amazon-da endirimlə birlikdə 3770 rupi-ə satılır. Yəni 15 dəfə daha baha qiymətə. Ringing Bells isə standart iPhone 4 dizaynını öz loqosu ilə bəzəyib.
    Freedom 251 ilə paralel olaraq Ringing Bells alıcılara daha 4 smartfonu təqdim edib. Söhbət 699 rupi dəyərində HIT, 899 rupi dəyərində King, 999 rupi dəyərində Boss və 1099 rupi dəyərində Raja smartfonlarından gedir. Ekspertlərin fikrincə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə baxmayaraq Ringing Bells şirkəti artıq özünə olan inamı itirib. Buna baxmayaraq şirkətin saytı hələ fəaliyyət göstərir və ön sifarişləri qəbul etməyə davam edir. Bu isə o deməkdir ki, 4 dolları ilə risk edərək möcüzə gözləyən insanlar hələ də var.

    Paylaş
    Bənzər xəbərlər