Logo
    main-post-cover

    Dünyanın ilk sabunla yuyula bilinən telefonu!

    Su keçirməyən ağıllı telefonları bir müddətdir ki, bazarda görürük. Bəs yuyula bilən telefon? KDDI and Kyocera adlı istehsalçı suya davamlı və sabunla yuyula bilən ilk ağıllı telefonunu tanıtdı.
    Dünyanın ilk sabunla yuyula bilinən telefonu!


    Ağıllı telefonlarda su keçirməzlik xüsusiyyətini gündəmə ilk gətirən şirkət Japon texnologiya nəhəngi Sony olmuşdu. Daha sonra bir neçə istehsalçı bu xüsusiyyəti öz cihazlarına tətbiq etsələr də, bu dəfə başqa yapon firması dünyanın ilk sabunla yuyula bilən telefonunu istehsal etdi.
    Ağıllı telefon əslində fərqli modellərdə də görməyə alışdığımız IP58 sertifikatına sahibdir. Buna əlavə olaraq isə istehsalçı Rafre adındakı modelin 43 dərəcəyə qədər isti suda yuyula biləcəyini iddia edir.
    Ağıllı telefonun texniki xüsusiyyətlərinə nəzər salsaq 5" 720P ekran, 2 GB RAM, 16 GB yaddaş, 13MP kamera və 4G dəstəyi diqqət çəkir. 3000 mAh batareyaya sahib Rafre Dragontrail X ekranıyla birlikdə zərbələrə ekstra dayanıqlıdır. Cihazın qiyməti isə sadəcə 465 dollar olacaq.
    Paylaş
    Bənzər xəbərlər