main-post-cover

    Donald Trump ABŞ şirkətlərinin Huawei şirkətinin cihazlarından istifadəsinə qadağa qoydu

    Elm & Texnologiya
    16.05.2019
    Emil Nəcəfov
        ABŞ prezidenti Donald Trump-ın imzaladığı göstəriş ölkə daxilində fövqəladə vəziyyət yaradır və ABŞ şirkətlərinə, ölkə maraqlarına təhlükəli ola biləcək telekommunikasiya cihazlarından istifadəni qadağan edir. Bu barədə Axios saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən Trump-ın imzaladığı bu göstəriş əsasən Çinin Huawei şirkətini əhatə edir. ABŞ-ın böyük şirkətləri artıq Huawei cihazlarından istifadə etmirlər. Lakin imzalanmış yeni göstəriş Çin şirkətlərinin texnologiyalarından istifadə edərək öz vəsaitlərinə qənaət etmək istəyən kiçik müəssisələri də əhatə edə bilər.
        Məlumata əsasən bu göstəriş sənədinin baxılmasına 1 il vaxt sərf olunub. Lakin onun qəbul olunması bir neçə dəfə təxirə salınıb. Huawei şirkətinin rəhbəri David Wang, Financial Times saytına müsahibəsində bildirmişdi ki, ABŞ-da Huawei şirkətinin telekommunikasiya təchizatının istifadəsinə qadağanın qoyulması biznesə heç bir zərər vurmayacaq. “Biz bütün dünya üzrə çalışırıq və konkret ölkələrdə dəyişikliklər zamanı biz stabil olaraq işləməyə davam edirik’ - deyə David Wang həmin vaxtda bildirmişdi. Londonun New Street Research şirkətinin analitiki bildirib ki, Huawei hal hazırda 4G şəbəkəsi üçün nəzərdə tutulmuş təchizat bazarının 1/3 hissəsini tutur və 5G bazarının yarısını əldə edə bilər.
        Bu isə öz növbəsində istifadəçi trafiklərinin Çin hökuməti ilə əlaqəli olan şirkətlər tərəfindən izlənməsi qorxusunu yaradır. 2018-ci ilin avqust ayında Trump ABŞ-n hökumət təşkilatlarına Huawei ilə ZTE şirkətlərinin cihazlarından istifadəni qadağan etmişdi. Həmçinin ABŞ 5G şəbəkəsinin yayılması üçün Huawei şirkətinin təchizatları istifadəsindən imtinanı digər ölkələrə də təklif edirdi. Bu ilin mart ayında isə Huawei şirkəti ABŞ hökumətini məhkəməyə verdi. Şirkət düşünür ki, ABŞ hökumətinin dövlət idarələri tərəfindən Huawei təchizatlarından istifadənin qadağası konstitusiya qanunlarını pozur.
    Linki kopyala